Brendinq nədir deyə qara-qara düşünürsünüz? Narahat olmayın!
Bu yazıda bütün detalları ilə brendinq yəni markalaşmaq nədir, izah edəcəyik.
Brendinq markanızın obrazının müəyyənləşdirilməsi və ünsiyyət ailətinə çevriləcək ad, loqo, rəng, stil və s. müəyyənləşdirilməsidir. Brendinqin məqsədi markanızın adını görmədən ona adi olan hər hansı bir simvol ilə markanın tanıdılmasının təmin edilməsidir. Buna misal olaraq dişlənmiş almanı gördüyümüz zaman hər birimizin ağlına ilk olaraq “Apple” şirkətinin loqosunun gəlməsini və ya loqonu görən zaman “Apple” şirkətindən söhbət getdiyini anlamağımızı gətirə bilərik.
Brendinq fəaliyyəti daxilində adlarını aşağıda qeyd etdiyimiz məhsullardan ibarət olan və şirkətin qəbul etdiyi korporativ tərzdə brendbuk hazırlanır. Brendinq xidməti tam şəkildə istifadə olunduğunda tam effekt verir. Çünki hər bir detal sizin brendin imicinin formlaşmasında xüsusi rol oynayır.
© Bütün hüquqlar qorunur