Jurnal və Kataloqların çapı

jurnal kataloq

Jurnal və Kataloq

Jurnal həm şəxsi, həm də rəsmi qurumların öz xidmətlərini göstərmək məqsədilə və ya jurnal sektorunda olan insanların ticari məqsədlə istifadə etdikləri çap məhsullarıdır. Jurnalın növü, ölçüsü, içində yer almasını istədiyiniz yazılar, vizuallar, səhifə dizaynının necə olacağı kimi bütün məsələlər edəcəyiniz jurnalın qiymətini müəyyən edir. Çap ediləcək jurnalın səhifə sayı, içində istifadə ediləcək rənglər, kağızın növü də bu qiymətə təsir edir.
Jurnalı çapa hazırladıqdan sonra hər hansı bir əskik olub-olmadığını yoxlamağınız üçün sizə göndəririk. Əgər hər şey istədiyiniz kimidirsə sizin təsdiqinizdən sonra jurnal çap edilir.
Jurnal cəlbedici, oxunaqlı dizayn olunmalı və insanları yormamalıdır. Jurnal çap edilən zaman istifadə olunacaq kağız materiallarının növü və seçilən üzlük effektiv nəticənin əldə olunmasında böyük rol oynayır.

Kataloq çapı

Kataloqlar şirkətlər üçün önəmli olan reklam məhsullarından biridir. Kataloqun köməyi ilə firmaların məhsulları asanlıqla tanıdıla bilər. Buna görə də, hər şirkət mütləq öz şəxsi dizayn edilmiş kataloqa sahib olmalıdır.
Kataloqlar elə hazırlanmalıdır ki, o, məhsulu yaxşı əks etdirə bilsin. Çünki kataloqa baxdıqdan sonra müştərinin beynində müəyyən bir fikir yaranır ki, bu da kataloqun hansı səviyyəsə hazırlanmasında da asılıdır.

Aksent.az

© Bütün hüquqlar qorunur