Logo Hazırlanması

loqo hazirlanmasi

Logo nədir?

Korporativ stil yaratmaqda ilk addım peşəkar səviyyədə loqo tərtib edilməsidir. Həmin loqonu veb-sayt, vizitka, diplomatik zərf, korporativ paket kimi bütün poliqrafik formalarda istifadə etməyiniz mümkündür. Loqonun professional hazırlanması rəqibləriniz və müştərilərinizin gözündə sizə böyük avantaj qazandıracaq. Həmçinin, loqonuzun olması markanızın geniş kütlə tərəfindən tanınmasına yardım edəcək.

Logo-da nəyə diqqət edilməlidir?

Loqo dizaynı hər bir brend və yeni qurulan şirkət üçün çox vacib bir mərhələdir. Şirkətin ağıllarda qalmasını təmin edən loqonu tərtib etmək olduqca çətindir ancaq bəzi qaydalara sadiq qalınarsa asanlıqla müvəffəqiyyət əldə edilə bilər. Bəs o qaydalar hansılardır?


Loqo tərtibində ölçü çox önəmlidir. Loqonun 10 mm ölçüsündə də 10 metr ölçüsündə də zərər görmədən qalması lazımdır.

Loqo markanı qısa və lokanik şəkildə açıqlamalı və nə üçün məhz elə qurulduğu bilinməlidir. Rəng, yazı stili və işlədilən ikonlar ideyanı dəstəkləyici şəkildə istifadə edilməlidir.

Yazı tipini klassik stillərdən biri ilə yazmaq loqonun diqqət çəkməməsinə və qarışdırılmasına səbəb ola bilər.

Loqonun müxtəlif yerlərdə- vizitkalarda, dəftərlərdə və digər korporativ çap işlərində yaxşı görünməsinə diqqət etmək lazımdır. Qara, ağ və ya digər rənglərlə uyğun ola bilməsi də önəmlidir.

Logo tipləri

Hərf loqolar

Hərf loqolar əsasən bir və şirkətin baş hərfindən istifadə etməklə hazırlanır. Nümunə olaraq Facebook, Honda, McDonald’s kimi firmaların loqoları bu kateqoriyaya aiddir.

Kəlimə loqolar

Yalnız kəlimələrdən və kəlimələri özünə məxsus rənglərdən istifadə etməklə hazırlanır nümünə olaraq eBay, IBM, CNN və Google kimi şirkətləri göstərmək olar.

Şəkilli loqolar

İnsanların bildiyi və gördüyü işarələrdən istifadə olunaraq hazırlanır. Məsələn Tiwitter-də quş, Stracbuks-da Dəniz qızı, KFC-də isə kişi siması göstərilmişdir.

Mücərrəd loqolar

Ən çox istifadə olunan və hazırlanması digərlərinə nisbətdə daha çətin olan loqo növüdür. Nike şirkətinin loqosu məhs bu növə daxil olan loqolardandır .

Aksent.az

© Bütün hüquqlar qorunur