Çöl reklamı ənənəvi reklam növlərindən biri olub, müştərilərin küçədə hərəkəti zamanı
heç bir səy göstərmədən qarşılaşdıqları reklam formasıdır. Çöl reklamı maksimal dərəcədə qısa,
lakonik, başa düşülən, səliqəli, diqqət cəlb edən olmalıdır. Burada reklamın dizaynı da son dərəcə önəmlidir.
Göstərdiyimiz reklam xidmətlərinə çöl reklamalarından qabarıq işıqlı hərflər, İşıqlı və
işıqsız reklam tabloları, böyük formatlı çaplar (banner, vinil və digər reklam materialları nüzərində çaplar),
Roll up konstruksiyalar, Lazer aparatında forex, orgsteklo və digər materiallar üzərində kəsim işləri,
Avtomobillərin üzərində reklamlar və digər çap və çapdan sonrakı xidmətlər daxildir.
Çöl reklamlarından istifadə etməklə Siz biznesinizin 24 saat aktiv olan tanıtımına nail ola bilər, nəzərdə tutduğunuzdan daha geniş müştəri kütləsinə xitab edə bilərsiniz.
Sizə aşağıdakı çöl reklamlarının hazırlanması xidmətlərini təklif edirik:
Korporativ şirkətlər və müəssisələr tərəfindən seçilən işıqlı löhvə modellər, şık dizaynları və estetik görünüşləri ilə diqqət çəkməkdədir.
Potensial müştərilərinin diqqətini çəkmək üçün markaların xüsusilə yol kənarlarında istifadə etdikləri effektiv reklam növlərindən biridir.
Məhsul və xidmətləriniz haqqında məlumatların əks olunduğu, metro, plaza və s. bu kimi məkanlar üçün ən effektiv reklam növlərindən biridir.
Rahat daşına, dəyişilə və məlumatları birbaşa ötürə bilmək özəlliyinə sahib olan, ən çox tələb olunan və effektiv reklam növlərindən biridir..
Şirkət avtomobillərinin üzərinə vinil vasitəsilə yapışdırılan və sizi müştərilərinizə tanıtdıracaq küçə reklamının növlərindən biri hesab olunur.
Məhsul və xidmətlərinizin qeyri-standart, yaradıcı maketlər vasitəsilə tanıdılması məqsədi ilə ictimai nəqliyyatda yerləşdirilən reklamdır. .
© Bütün hüquqlar qorunur