Hər nə qədər rəqəmsal zamanda yaşasaq da vizitkartlar hər zaman bir brend və ya şirkət üçün olduqca önəmli ünsürdür. Vizitkartınızın mövcud olması həm müştərilərin sizə qarşı münasibəti, həm professionallıq, həm də korporativ şəxsiyyət yaradılması baxımından çox vacibdir. Vizitkart çap etdirdiyiniz zaman brendin xüsusiyyəti və korporativ stilinin nəzərə alınması da mühüm əhəmiyyət kəsb edir.
Vizitkart qısa giriş məlumatları olan şəxs və ya firmalar üçün hazırlanan kartlardır. Vizitkart çapı sayəsində müştərilər ehtiyac olduqda kart sahibinə asanlıqla çata bilir və vizitkartlar sizi müştərilərinizin düşüncəsində saxlamağı asanlaşdırır.
Adətən 5.5 x 8.5 sm ölçüsündə dizayn olunan klassik vizitkartlar inam və iş ciddiliyini əks etdirir. Yeni bir iş əlaqəsi qurulanda müştərinin görüş sonunda tələb edəcəyi ilk şey sizin vizitkartınız olacaq. Buna görə vizitkart çapı diqqət mərkəzində saxlanılmalıdır. Çünki tələbə mənfi cavab vermək inamsızlığa səbəb olacağından işi itirməyinizə səbəb ola bilər.
Sadəliyə üstünlük verən şəxslər üçün hazırlanan və sərfəli qiymətlərlə təklif etdiyimiz vizitkartlar daxildir.
Tanınmış brendlərin daha çox üstünlük verdiyi, istəyinizə özəl olaraq dizayn olunan vizitkartlar daxildir.
Plastik tərkibli, diqqət çəkən və fərqli özəlliklərə sahib olan vizitkartların hazırlanması daxildir.
Özəlliyi və materialının keyfiyyəti ilə seçilən, uzunmüddətli istifadə oluna bilən vizitkartlar daxildir.
© Bütün hüquqlar qorunur